Bağdadın ABŞ səfirliyinin yerləşdiyi ərazisi raket atəşlərinə məruz qalıb

Bağdadın ABŞ səfirliyinin yerləşdiyi ərazisi raket atəşlərinə məruz qalıb İraqın paytaxtı Bağdadın "yaşıl zona" adlandırılan ərazisi raket atəşinə məruz qalıb.
Digər ölkələr
21 Dekabr , 2020 02:47
Bağdadın ABŞ səfirliyinin yerləşdiyi ərazisi raket atəşlərinə məruz qalıb
0 : 00
0 : 00

İraqın paytaxtı Bağdadın "yaşıl zona" adlandırılan ərazisi raket atəşinə məruz qalıb.

“Report” xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı bildirib.

Telekanalın informasiyasına görə, İraq paytaxtının dövlət idarələrinin, xarici diplomatik missiyaların, o cümlədən ABŞ səfirliyinin yerləşdiyi bu ərazisinə azı üç raket düşüb.

Diplomatik nümayəndəliyin ərazisinə kiçik ziyan dəyib, amma əməkdaşlardan heç kim yaralanmayıb.

"Yaşıl zona" Bağdadın mərkəzində yaxşı mühafizə edilən ərazidir. Son aylar bu ərazi dəfələrlə raket və minaatan atəşlərinə məruz qalıb. Nəticədə bir neçə yerli sakin xəsarət alıb və ya həlak olub.

Son xəbərlər

Orphus sistemi