İraqın paytaxtı Bağdadda yerləşən “yaşıl bölgə” yaxınlığına raket zərbələri endirilib.
"Report" xəbər verir ki, bu barədə “Al Arabia” telekanalı məlumat yayıb.
Məlumata görə, paytaxtın dövlət müəssisələri və xarici diplomatik nümayəndəliklər, o cümlədən ABŞ səfirliyinin yerləşdiyi hissəsindən bir qədər aralıda yerləşən həmin hissəsinə iki raket atılıb. Raket zərbələrindən sonra hava həyəcanı siqnalı işə düşüb.
Xəsarət alanlar və dağıntılar barədə hələlik məlumat verilməyib.