Banqladeşdə sərnişin avtobusunun küvetə aşması nəticəsində azı 16 nəfər ölüb.
"Report" xəbər verir ki, bu barədə CGTN məlumat yayıb.
Hadisə martın 19-da səhər saatlarında Dəkkə-Mava-Bhanqa avtomobil magistralında baş verib. Qəza nəticəsində daha 30 nəfər xəsarət alıb.
Hadisə yerində xilasetmə işləri aparılır.