Banqladeşin şimalında yerləşən Caypurxat dairəsində avtobusla qatarın toqquşması nəticəsində azı 12 nəfər ölüb, 3 nəfər yaralanıb.
“Report” xəbər verir ki, məlumatı “Dhaka Tribune” yayıb.
Bildirilib ki, hadisə dekabrın 19-da yerli vaxtla səhər saatlarında baş verib.
Qəzaya səbəb olaraq dəmiryol keçidində işləyən əməkdaşın yataraq şlaqbaumu bağlamaması göstərilib.