Banqladeşdə partlayış zamanı onlarla insan həlak olub

Banqladeşdə partlayış zamanı onlarla insan həlak olub İlkin məlumata görə, partlayışa səbəb qaz sızması olub.
Digər ölkələr
5 Sentyabr , 2020 21:10
Banqladeşdə partlayış zamanı onlarla insan həlak olub

Banqladeşdə məsciddə 6 kondisionerin partlaması nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə məlumatı "Dhaka Tribune" yayıb.

Məlumata görə, ölənlər arasında uşaq da var. Nəşr bildirib ki, partlayış zamanı məscidin imamı və müəzzini də ölüb. Partlayış zamanı xəsarət almış daha 15 nəfər hazırda paytaxtdakı xəstəxanalarda müalicə edilir. Xəstəxananın həkimi onların vəziyyətinin ağır olduğunu bildirib.

Yerli yanğınsöndürmə xidməti və polis hadisə ilə bağlı təhqiqata başlayıb.

09:32

Banqladeşdə məsciddə 6 kondisionerin partlaması nəticəsində azı 11 nəfər ölüb, 50-yə qədər insan yaralanıb.

“Report” xəbər verir ki, məlumatı “Bdnews 24” agentliyi yayıb.

Bildirilib ki, hadisə baş verən zaman məsciddə namaz qılınırmış. Partlayış nəticəsində məscidin pəncərələri yerindən çıxıb, tavana quraşdırılan ventilyatorlar yanıb.

İlkin məlumata görə, partlayışa səbəb qaz sızması olub.

Son xəbərlər

Orphus sistemi