Banqladeşdə partlayış baş verib.
“Report” xəbər verir ki, bu barədə "Daily Star" məlumat yayıb.
Məlumata görə, hadisə paytaxt Dakkada, yaşayış binasında qeydə alınıb. Moqbazar rayonunda baş verən partlayış zamanı azı 7 nəfər həlak olub, daha 52 nəfər xəsarət alıb.
Partlayışdan zərər çəkmiş binada elektron avadanlıqlarının ticarət zalı, ət satışı köşkü, restoran və şirniyyat obyektləri var. Mağazalar tamamilə dağılıb, onlardan yalnız dağıntılar qalıb.
Partlayışın elektron avadanlıqları salonunda və ya ticarət köşkündə böyük miqdarda qazın yığışmasından ola bilməsi ehtimal edilir.
"Biz ilk növbədə kondisionerin partlamasından şübhələnirik", - yanğınsöndürmə xidmətinin nümayəndəsi Faysalur Rəhman bildirib.
Banqladeşin yanğın mühafizəsi xidmətinin rəhbəri Sazzad Hüseyn bildirib ki, partlayış qazdan baş verib. O, qeyd edib ki, hadisənin səbəbləri "araşdırmadan sonra" dəqiqləşdiriləcək.
Hadisə yerində 14 yanğınsöndürmə briqadası işləyir. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.