Banqladeşdə polis nümayişçilərə atəş açıb

Banqladeşdə polis nümayişçilərə atəş açıb Banqladeş polisi dövlət vəzifələri üçün kvota sisteminə etiraz edən mitinq iştirakçılarına döyüş patronlarından istifadə edərək atəş açıb.
Digər ölkələr
20 İyul , 2024 14:49
Banqladeşdə polis nümayişçilərə atəş açıb

Banqladeş polisi dövlət vəzifələri üçün kvota sisteminə etiraz edən mitinq iştirakçılarına döyüş patronları ilə atəş açıb.

“Report” xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.

"Banqladeş polisi Dəkkədə nümayişçilərə atəş açıb", - agentliyin “X” sosial şəbəkəsində paylaşdığı məlumatda deyilir.

Qeyd olunur ki, insident nəticəsində bir nəfər yaralanıb.

Qeyd edək ki, polisin və xəstəxanaların məlumatlarına görə, etirazların davam etdiyi Banqladeşdə təkcə son bir həftə ərzində azı 115 nəfər ölüb.

Son xəbərlər

Orphus sistemi