“NATO, alyansa üzv olan ölkələrin müdafiə xərclərini 2024-cü ilə qədər ÜDM-nin ən azı 2% -nə çatdırmaqla bağlı üzərilərinə götürdükləri öhdəlikləri yerinə yetirmələrini gözləyir”.
“Report”un məlumatına görə, bunu NATO baş katibi Yens Stoltenberq bəyan edib.
Onun sözlərinə görə, pandemiyaya baxmayaraq bütün ölkələr 2014-cü ildə tərəflər arasında imzalanmış müvafiq razılaşmaya əsasən götürdükləri öhdəliyi yerinə yetirilməlidirlər.
Qeyd edək ki, NATO baş katibi Yens Stoltenberq daha əvvəl Hərbi Komitənin iclası çərçivəsində keçirilən müdafiə qərargahları rəislərinin sessiyasında alyansa üzv ölkələri müdafiə xərclərini artırmağa, müasir imkanlara sərmayə qoymağa və Rusiyanın aqressiv davranışı, terrorizm və Çinin yüksəlişi kimi qlobal təhdidlərlə mübarizə üçün silahlı qüvvələrin hazırlığını artırmağa çağırıb.