Ukraynanın Donetsk vilayətinin Baxmut şəhərində dinc əhaliyə yardım edən amerikalı könüllü həkim Pit Rid həlak olub.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, o, mülki şəxslərə tibbi yardım göstərərkən öldürülüb.
ABŞ Dövlət Departamenti məlumatı təsdiqləyib.
Qeyd edək ki, Baxmutda şiddətli döyüşlər gedir.