Bayden ABŞ-a qaçqın qəbulu kvotasını 2 dəfə artırıb

Bayden ABŞ-a qaçqın qəbulu kvotasını 2 dəfə artırıb ABŞ Prezidenti Cozef Bayden 2022-ci maliyyə ilində (oktyabrın 1-də başlayıb - red) ölkəyə qaçqın qəbulu kvotasını 62,5 min nəfərdən 125 min nəfərə qaldırıb.
Digər ölkələr
9 Oktyabr , 2021 04:36
Bayden ABŞ-a qaçqın qəbulu kvotasını 2 dəfə artırıb

ABŞ Prezidenti Cozef Bayden 2022-ci maliyyə ilində (oktyabrın 1-də başlayıb - red) ölkəyə qaçqın qəbulu kvotasını 62,5 min nəfərdən 125 min nəfərə qaldırıb.

“Report” xəbər verir ki, bu barədə Ağ Evin yaydığı bəyanatda deyilir.

"2022-ci maliyyə ilində ABŞ-a 125 minə qədər qaçqının qəbulu humanitar mülahizələrlə əsaslandırılır və ya başqa cür milli maraqlara cavab verir", - Amerika lideri vurğulayıb. Eyni zamanda, Vaşinqton rəhbərliyi Avropa və Orta Asiya ölkələrindən 10 min qaçqın qəbul etmək niyyətindədir.

Xatırladaq ki, hökumət bir müddət əvvəl qaçqınların ölkəyə qəbulu kvotasını artırmaq niyyəti ilə bağlı Konqresə xəbərdarlıq edib.

May ayında dövlət başçısı 2021-ci maliyyə ilində qaçqın qəbulu limitini 62,5 min nəfərə qaldırıb. Cozef Bayden bununla sələfi Donald Trampın təyin etdiyi, 1980-ci ildən bəri mövcud olan ən aşağı kvotanı ləğv edib. ABŞ Prezidenti hələ fevral ayında 2022-ci maliyyə ilində xaricdən qaçqın qəbulu kvotasını 125 min nəfərə çatdırmaq niyyətində olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi