ABŞ prezidenti Cozef Bayden bildirib ki, İraqla əməkdaşlığı inkişaf etdirmək niyyətindədir.
Bu barədə “Report” “RİA Novosti”yə istinadən xəbər verir.
Birləşmiş Ştatlar xüsusi halda, peyvəndlər və seçkilər üzrə İraqla əməkdaşlıq etməyi planlaşdırır.
"Mənim administrasiyam bu əməkdaşlığı gücləndirmək niyyətindədir", - Bayden İraqın baş naziri Mustafa əl-Kazemi ilə görüşdə deyib.
"Biz ondan narahatıq necə edək ki, seçkilərin plana uyğun olaraq oktyabrda keçirilməsi təmin olunsun”, - Bayden deyib.
Ağ Ev rəhbəri həmçinin İraqa koronavirus əleyhinə peyvəndlərin çatdırılacağını söz verib.
"Onlar tezliklə çatdırılacaq", - peyvəndlərin tədarükü barədə danışan Bayden deyib.