Bayden: “Amerikalılar və ruslar bir-birinə atəş açsalar, yeni dünya müharibəsi başlayacaq”

Bayden: “Amerikalılar və ruslar bir-birinə atəş açsalar, yeni dünya müharibəsi başlayacaq” ABŞ ordusu heç bir halda Ukraynaya göndərilməyəcək.
Digər ölkələr
12 Fevral , 2022 08:46
Bayden: “Amerikalılar və ruslar bir-birinə atəş açsalar, yeni dünya müharibəsi başlayacaq”

ABŞ ordusu heç bir halda Ukraynaya göndərilməyəcək.

“Report” xəbər verir ki, bunu NBC telekanalına müsahibəsində ABŞ Prezidenti Cozef Bayden deyib.

Ağ Ev rəhbəri bildirib ki, Rusiya-ABŞ münaqişəsinin olacağı təqdirdə dünya müharibəsini proqnozlaşdırır.

ABŞ liderinin sözlərinə görə, “amerikalılar və ruslar bir-birinə atəş açsalar, onda yeni dünya müharibəsi başlayacaq”.

Cozef Bayden həmçinin ABŞ vətəndaşlarını münaqişənin gərginləşməsi ehtimalına görə Ukraynanı tərk etməyə çağırıb.

Son xəbərlər

Orphus sistemi