Bayden Çinin sülh planının ancaq Rusiya üçün yararlı ola biləcəyi qənaətindədir

Bayden Çinin sülh planının ancaq Rusiya üçün yararlı ola biləcəyi qənaətindədir ABŞ Prezidenti Cozef Bayden Çinin Rusiya-Ukrayna müharibəsinin nizamlanmasında təklif etdiyi sülh planını tənqid edib.
Digər ölkələr
25 Fevral , 2023 06:28
Bayden Çinin sülh planının ancaq Rusiya üçün yararlı ola biləcəyi qənaətindədir
Cozef Bayden

ABŞ Prezidenti Cozef Bayden Çinin Rusiya-Ukrayna müharibəsinin nizamlanmasında təklif etdiyi sülh planını tənqid edib.

“Report” xəbər verir ki, bu barədə dövlət başçısı yerli “ABC” telekanalına müsahibəsində deyib.

Onun fikrincə, yalnız Moskvaya faydalıdır: “Putin bunu alqışlayır, o zaman bu necə yaxşı ola bilər? … Planda Rusiyadan başqa birinə yararlı ola biləcək heç bir şey”.

Prezidentə görə, planın ideyası öz-özlüyündə “irrasionaldır”.

Xatırladaq ki, Çin Rusiyanın Ukraynaya hərbi təcavüzünün ildönümündə hərbi münaqişənin nizamlanması üçün planını təqdim edib. Plan 12 bənddən ibarətdir. Müxtəlif məqamlarla yanaşı planda atəşkəs, sülh danışıqlarına başlamaq, birtərəfli sanksiyalara son qoymaq və tədarük zəncirlərinin sabitliyini təmin etmək tələbləri öz əksini tapıb. Pekinin təşəbbüsü Rusiya Xarici İşlər Nazirliyi tərəfindən dəstəklənib. Ukrayna Prezidenti Volodimir Zelenski Çinin təkliflərinin sülh planı olduğu deyil, müharibə haqqında düşüncələrin ifadəsi olduğu qənaətindədir.

Son xəbərlər

Orphus sistemi