ABŞ Prezidenti Cozef Bayden Finlandiyanın NATO-ya üzv qəbul edilməsini alqışlayır və İsveçin ən qısa zamanda alyansa qoşulmasını səbirsizliklə gözləyir.
“Report” xəbər verir ki, bu barədə Ağ Evin bəyanatında deyilir.
“Bu gün Finlandiyanı 31-ci NATO müttəfiqi kimi salamlamaqdan qürur duyuram”, - o deyib.
ABŞ Prezidenti xatırladıb ki, Finlandiya və İsveç 2022-ci ilin mayında üzvlük üçün müraciət ediblər.
“Bir ildən az müddətdə Finlandiyanı NATO-ya üzv qəbul edirik, bu, müasir tarixdə ən sürətli ratifikasiya prosesidir”, - C.Bayden əlavə edib.