Bayden İtaliyanın baş naziri ilə Ukraynaya gələcək yardımı müzakirə edib

Bayden İtaliyanın baş naziri ilə Ukraynaya gələcək yardımı müzakirə edib ABŞ Prezidenti Cozef Bayden Rusiyanın Ukraynaya hücumunu müzakirə etmək üçün Ağ Evdə İtaliyanın baş naziri Corc Meloni ilə görüşüb.
Digər ölkələr
28 İyul , 2023 05:15
Bayden İtaliyanın baş naziri ilə Ukraynaya gələcək yardımı müzakirə edib

ABŞ Prezidenti Cozef Bayden Rusiyanın Ukraynaya hücumunu müzakirə etmək üçün Ağ Evdə İtaliyanın baş naziri Corc Meloni ilə görüşüb.

Bu barədə “Report” “Reuters”ə istinadən xəbər verir.

Görüşün digər mövzuları arasında beynəlxalq ticarət və G7 ölkələrinin Çinlə əlaqələri var.

"Münasibətlərimiz güclüdür. Siyasi rənglərindən asılı olmayaraq onlar möhkəm qalırlar. Biz çətin anlarda dostlarımızın kim olduğunu bilirik", - Meloni Baydenlə Oval kabinetdə görüşü zamanı deyib.

Görüşdən sonra Bayden İtaliya hökumətini Ukraynadakı müharibə ilə bağlı qəti mövqe tutduğuna görə tərifləyib. Meloni İtaliyanın beynəlxalq hüququn müdafiəsinə kömək etməsindən qürur duyduğunu bildirib.

Roma və Vaşinqton vurğulayıb ki, bu səfər ölkələr arasında güclü tərəfdaşlığı, o cümlədən gələcəkdə Ukraynaya böyük hərbi və humanitar yardım paketlərinin ayrılmasını təsdiqləmək imkanı verir.

Meloni Vaşinqtona ilk səfərindən Respublikaçılar Partiyasının üzvü, Nümayəndələr Palatasının spikeri Kevin Makkarti ilə görüşmək üçün də istifadə edib.

Son xəbərlər

Orphus sistemi