Bayden Konqresə Ukraynaya əlavə yardım üçün sorğu göndərib

Bayden Konqresə Ukraynaya əlavə yardım üçün sorğu göndərib ABŞ Prezidenti Cozef Bayden Konqresdən Ukraynaya müdafiə və humanitar sahədə kömək, eləcə də Avropa ölkələrinin müdafiəsini gücləndirmək üçün 33 milyard dollar ayırmağı xahiş edəcək.
Digər ölkələr
28 Aprel , 2022 19:41
Bayden Konqresə Ukraynaya əlavə yardım üçün sorğu göndərib

ABŞ Prezidenti Cozef Bayden Ukraynaya yardım üçün Konqresə əlavə müraciət etdiyini açıqlayıb.

"Report" bu barədə "RBC-Ukrayna"ya istinadən xəbər verir.

Amerika lideri konqresmenlərin Ağ Evin təklifini tez bir zamanda nəzərdən keçirəcəklərinə ümid edir.

Onun sözlərinə görə, bu yardım daha da artilleriya, tank əleyhinə sistemlər və hava hücumundan müdafiə sistemlərinin tədarükünü nəzərdə tutur.

"Ümid edirəm ki, Konqres yaxın gələcəkdə bu ərizəyə baxacaq. Ümid edirəm ki, demokratlar və respublikaçılar Ukrayna xalqını dəstəkləyəcəklər", - ABŞ Prezidenti əlavə edib.

Bundan əvvəl məlum olub ki, Bayden Ukraynaya yardımı 33 milyard dollar artırmağı planlaşdırır.

19:05

ABŞ Prezidenti Cozef Bayden Konqresdən Ukraynaya müdafiə və humanitar sahədə kömək, eləcə də Avropa ölkələrinin müdafiəsini gücləndirmək üçün 33 milyard dollar ayırmağı xahiş edəcək.

"Report" "CNBC" telekanalına istinadən xəbər verir ki, bu barədə ABŞ administrasiyasından bildirilib.

Eyni zamanda, Ukraynaya və bir sıra Avropa ölkələrinə silah tədarükü üçün 20,4 milyard dollar ayrılması nəzərdə tutulur. Söhbət artilleriya, zirehli texnika, tank və zenit silahlarından, kiberhücumlardan müdafiə vasitələrinin gücləndirilməsindən, ərazilərin təmizlənməsinə yardımdan gedir.

Vəsait bu ilin sentyabr ayına qədər olan dövr üçün nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi