ABŞ-da keçirilmiş prezident seçkilərində öz qələbəsini elan etmiş Co Bayden bildirib ki, ölkə başçısı vəzifəsində ilk 100 günü koronavirusla mübarizəyə və miqrasiya sahəsində islahata həsr edəcək.
Bu barədə “Report” NBC-yə istinadən xəbər verir.
"Mən Senata immiqrantlar haqqında qanunu göndərəcəyəm, hansı ki, qeydiyyatda olmayan 11 milyon insanın vətəndaşlıq almasına yol açacaq", - Bayden telekanala müsahibəsində deyib.
O, bildirib ki, ABŞ-ın hazırkı prezidenti Donald Trampın bəzi fərmanlarını ləğv etmək niyyətindədir. Baydenin fikrincə, bu fərmanlardan bəziləri iqlimə və insanların sağlamlığına zərər vurub.