"Taliban" ekzistensial böhran keçirir".
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden söyləyib.
"Hazırda "Taliban" qruplaşması beynəlxalq birlik tərəfindən rəsmi hökumət kimi tanınmağın onlara lazım olub-olmadığı üzərində düşünür. Buna görə də qruplaşma ekzistensial böhran keçirir. Düşünmürəm ki, onlara tanınma lazımdır", - o bildirib.