ABŞ Prezidenti Cozef Bayden diplomat Devid Satterfild ABŞ-nin Yaxın Şərqdə humanitar məsələlər üzrə xüsusi elçisi təyin edilib.
“Report”
Satterfild Birləşmiş Millətlər Təşkilatı və ABŞ tərəfdaşları ilə işləyərək Qəzza zolağında humanitar böhranı təcili həll etmək və mülki insanları xilas etmək üçün Amerika diplomatiyasına rəhbərlik edəcək:
“Onun rolu ABŞ-nin regionda sülhün və sabitliyin qorunmasına dair uzunmüddətli öhdəliyinə əsaslanır”, – bəyanatda bildirilir.
Qeyd edək ki, D. Satterfild 2019-cu ilin avqustundan 2022-ci ilin yanvarınadək ABŞ-nin Türkiyədəki səfiri olub.