Bayden Ukraynaya 63 milyon dolların ayrılmasının məqsədəuyğunluğunu araşdırmağı tapşırıb

Bayden Ukraynaya 63 milyon dolların ayrılmasının məqsədəuyğunluğunu araşdırmağı tapşırıb ABŞ Prezidenti Cozef Bayden dövlət katibi Entoni Blinkenə Kiyevə 63 milyon dollara yaxın məbləğdə əlavə yardımın ayrılmasının məqsədəuyğunluğunu müəyyən etməyi tapşırıb.
Digər ölkələr
3 Dekabr , 2024 17:50
Bayden Ukraynaya 63 milyon dolların ayrılmasının məqsədəuyğunluğunu araşdırmağı tapşırıb

ABŞ Prezidenti Cozef Bayden dövlət katibi Entoni Blinkenə Kiyevə 63 milyon dollara yaxın məbləğdə əlavə yardımın ayrılmasının məqsədəuyğunluğunu müəyyən etməyi tapşırıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin saytında dərc olunmuş bəyanatda deyilir.

"Mən dövlət katibinə Ukraynaya 63 milyon dollara yaxın məbləğdə yardımın göstərilməsinin ABŞ-nin təhlükəsizlik maraqları üçün vacib olub-olmadığını müəyyən etmək səlahiyyətini verirəm", - bəyanatda qeyd olunub.

Lakin məhz hansı dəstəkdən söhbət getdiyi dəqiqləşdirilmir.

Daha əvvəl “Politico” qəzeti bildirmişdi ki, Co Baydenin administrasiyası Konqresin Kiyevə ayırdığı 6 milyard dolları Ukraynaya yeni seçilmiş prezident Donald Trampın andiçmə mərasiminə kimi mümkün qədər tez göndərməyi planlaşdırır.

Son xəbərlər

Orphus sistemi