Bayden Vaşinqtonda İsrail prezidenti ilə görüşəcək

Bayden Vaşinqtonda İsrail prezidenti ilə görüşəcək ABŞ prezidenti Co Bayden 28 iyunda israilli həmkarı Reuven Rivlin ilə Ağ evdə görüşəcək.
Digər ölkələr
20 İyun , 2021 03:34
Bayden Vaşinqtonda İsrail prezidenti ilə görüşəcək
Co Bayden

ABŞ prezidenti Co Bayden 28 iyunda israilli həmkarı Reuven Rivlin ilə Ağ evdə görüşəcək.

“Report” xəbər verir ki, bu barədə Ağ evin sözçüsü Cen Psaki adından yayımlanan açıqlamada deyilir.

Qeyd olunub ki, iki prezident bölgənin üzləşdiyi bir çox çətinlikləri müzakirə edəcəklər:

“Rivlinin prezidentlik müddəti başa çatır və bu səfər iki ölkə arasındakı dostluğun möhkəmləndirilməsində onun illər ərzində göstərdiyi fədakarlığa hörmət olacaqdır”-deyə, açıqlamada bildirilib.

Son xəbərlər

Orphus sistemi