ABŞ prezidenti Co Bayden insan haqlarının pozulması ilə bağlı 2015-ci ilin martından Venesuela Bolivar Respublikasına tətbiq edilən sanksiyaların müddətini daha bir il müddətinə uzadılması barədə fərman imzalayıb.
“Report”un məlumatına görə, Baydenin imzaladığı müvafiq qərara əsasən Venesuela ABŞ-ın milli təhlükəsizliyi və xarici siyasəti üçün təhlükə yaratmaqda davam edir.
Qeyd edək ki, ABŞ 2019-cu ilin yanvarından Nikolas Maduronu ölkə prezidenti kimi tanımır.
Birləşmiş Ştatlar Venesuela müxalifətinin özünü prezident elan etmiş lideri Xuan Quaydonu müvəqqəti dövlət başçısı hesab edir.