Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Hərbi Dəniz Qüvvələri (HDQ) Fars körfəzində ABŞ-dan olan həmkarları ilə birgə ənənəvi “Iron Defeder” təlimləri keçirir.
“Report” TASS-a istinadən xəbər verir ki, manevrlərdə dənizdə təhlükəsizliyin təmin edilməsi, minalara qarşı müdafiə və limanların mühafizəsi üzrə əməliyyatlar zamanı koordinasiyalı fəaliyyət işlənəcək.
Təlimlərə ABŞ tərəfdən HDQ-nin, habelə Dəniz piyadaları və sahil mühafizəsi korpusunun 600-dən çox hərbçisi, gəmilər və qayıqlar cəlb edilib. Təlimlərdə iştirak edən BƏƏ hərbçilərinin sayı açıqlanmır.