Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Bəhreyn BMT-nin Fələstin qaçqınlarına yardım proqramına verdikləri ianənin həcmini demək olar tamamilə dayandırıb.
“Report” xəbər verir ki, bu barədə “İTV 12” telekanalı məlumat yayıb.
Bildirilib ki, BƏƏ 2018-ci ildə bu məqsədlə 53 milyon ABŞ dolları, 2019-cu ildə 51 milyon ABŞ dolları yardım edibsə, 2020-ci ildə yardımı 1 milyon ABŞ dollarınadək azaldıb.
Bəhreyn də praktiki olaraq fələstinli qaçqınlara yardımı dayandırıb.