Bəhreyndə dekabrın 11-də ilk dəfə “Omikron” ştamına yoluxma halı qeydə alınıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Bəhreyn Krallığının Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu ştam krallığa xarici ölkədən gələn şəxsdə aşkar edilib. Sağlamlıqla bağlı ona qarşı uyğun tədbirlər həyata keçirilib.
Xatırladaq ki, əhalisi 1,7 milyon nəfər olan Bəhreyndə 311 aktiv COVID-19 xəstəsi var. Ümumilikdə krallıq üzrə 276 292 nəfər virusdan sağalıb, 1 394 nəfər isə koronavirusun qurbanı olub.