“Gələcəkdə Rusiya və Belarusun NATO ilə birbaşa hərbi toqquşma ehtimalı var. Bu ehtimal getdikcə artır”.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Belarusun müdafiə naziri Viktor Xrenin Moskvada keçirilən Beynəlxalq Təhlükəsizlik Konfransında deyib.
Onun sözlərinə görə, Qərb ölkələrində hərbi hazırlıq intensiv olaraq davam edir: “Qərbin genişmiqyaslı müharibəyə başlamasına mane olan yeganə məqam nüvə silahının tətbiqi təhlükəsidir”.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.