Belarusun Hava Hücumundan Müdafiə Qüvvələri komandanının birinci müavini, Baş Qərargah rəisi general-mayor Andrey Qurseviç martın 16-18-də Rusiya ilə birlikdə reallaşan təlimin iştirakçılarının döyüş əməliyyatlarının planlaşdırılması hərəkətlərini və müştərək qərargah müddətində bütün vəzifələrin yüksək səviyyədə hazırlanmasını yüksək qiymətləndirib.
“Report” xəbər verir ki, bu barədə Belarusun
"Təlimə Hərbi Hava Qüvvələrinin 6 A operativ qrupu, Qərb Hərbi Dairəsinin Hava Hücumundan Müdafiə Qüvvələri, Cənub Hərbi Dairəsi və Rusiya Federasiyasının Silahlı Qüvvələri cəlb edilmişdi. Təlimlərin gedişində Belarus və Rusiya hərbi qüvvələrinin regional qruplaşmasının müdafiə əməliyyatındakı qüvvələrinin istifadəsinin planlaşdırılması, Rusiyanın Kosmik Hava Qüvvələri aviasiyasının Belarusun aerodromlarına yenidən yerləşdirilməsi, birləşmələrə və hərbi hissələrə nəzarət Vahid Regional Hava Müdafiə Sistemi, həmçinin birlik dövlətlərinin qərb sərhədinin müdafiə əməliyyatı əsnasında havada müdafiəsi yerinə yetirilib”, - deyə xəbərdə bildirilir.
Planlaşmanın gedişatında Qarabağda və Suriyada döyüş əməliyyatları təcrübəsi nəzərə alınıb. Qeyd edilir ki, birgə təlim hərbi komandanlıq və nəzarət orqanlarının, hərbi birləşmələrin və hərbi hissələrin hərəkətlərinin uyğunluğunu və yüksək vəzifəli şəxslərin hazırlıq səviyyəsini artırmağa imkan verib.