Belarus XİN: BRICS-in genişlənməsinin ilk dalğası onlarla dövləti əhatə edəcək

Belarus XİN: BRICS-in genişlənməsinin ilk dalğası onlarla dövləti əhatə edəcək BRICS-in genişlənməsinin ilk dalğası oktyabrın 22-dən 24-dək Kazanda keçiriləcək birlik sammiti zamanı başlayacaq.
Digər ölkələr
28 Sentyabr , 2024 13:26
Belarus XİN: BRICS-in genişlənməsinin ilk dalğası onlarla dövləti əhatə edəcək

BRICS-in genişlənməsinin ilk dalğası oktyabrın 22-dən 24-dək Kazanda keçiriləcək birlik sammiti zamanı başlayacaq.

"Report" Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Belarusun xarici işlər naziri Maksim Rıjenkov bildirib.

O qeyd edib ki, təşkilatın ilk genişlənməsi onlarla dövləti əhatə edəcək: “Hazırda Rusiya sədrliyi genişlənmənin ilk dalğasında olacaq bu ölkələrin siyahısını formalaşdırır”.

Hazırda BRICS üzvlərinə 9 ölkə daxildir: Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika, Birləşmiş Ərəb Əmirlikləri, İran, Misir və Efiopiya.

Daha əvvəl 34 ölkənin BRICS-ə qoşulmaq üçün müraciət etdiyi bildirilib. Onların arasında Azərbaycan və Türkiyə də var.

Son xəbərlər

Orphus sistemi