Belçikada koronavirusla bağlı sərt məhdudiyyətlər tətbiq ediləcək

Belçikada koronavirusla bağlı sərt məhdudiyyətlər tətbiq ediləcək Belçika hökuməti koronavirusun yayılmasının qarşısını almaq üçün məhdudlaşdırıcı tədbirləri gücləndirmək qərarına gəlib.
Digər ölkələr
18 Noyabr , 2021 04:22
Belçikada koronavirusla bağlı sərt məhdudiyyətlər tətbiq ediləcək

Belçika hökuməti koronavirusun yayılmasının qarşısını almaq üçün məhdudlaşdırıcı tədbirləri gücləndirmək qərarına gəlib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, noyabrın 20-dən etibarən ölkədə qapalı yerlərdə maska ​​taxmaq yenidən məcburi olacaq.

Kafe və restoranlarda qoruyucu vasitələr olmadan masada oturmaq qadağan ediləcək.

Tətbiq edilən qaydalar üçün yaş məcburiyyəti də 12 yaşdan 10 yaşa endirilib.

Bundan əlavə, işçilər həftədə azı dörd gün məsafədən iş rejiminə keçirilir. Dekabrın ortalarına qədər belçikalılar həftədə dörd gün, sonra isə üç gün evdən işləməli olacaqlar.

Son xəbərlər

Orphus sistemi