Almaniyada etiraz aksiyasında onlarla polis əməkdaşı xəsarət alıb
Almaniyada etiraz aksiyasında onlarla polis əməkdaşı xəsarət alıbAlmaniyanın paytaxtı Berlində hüquq-mühafizə orqanlarının onlarla əməkdaşı koronavirus məhdudiyyətləri əleyhdarlarının nümayişinin gedişatında xəsarət alıb
Almaniyanın paytaxtı Berlində hüquq-mühafizə orqanlarının onlarla əməkdaşı koronavirus məhdudiyyətləri əleyhdarlarının nümayişinin gedişatında xəsarət alıb.
“Report” xəbər verir ki, bu barədə Berlin polisi özünün tvitterdəki səhifəsində məlumat yayıb.
"20 əməkdaş zərər çəkib", - Berlin polisinin tvitter hesabı bildirib.
Qeyd edilir ki, asayiş keşikçiləri 231 nümayişçini saxlayıb.
Aksiyaya 9-10 minə qədər insan toplaşıb. Onlardan bir çoxu qoruyucu maskalardan istifadə etməyib. Bəzi nümayişçilər polisə daş və butulkalar atıblar.
Hier unsere Bilanz zum gestrigen Einsatz in Zahlen: