Beynəlxalq Şahmat Federasiyasının prezidenti Arkadi Dvorkoviç BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) “yaşıl zona”sına səfəri çərçivəsində şoranlaşmış torpaqların bərpa edilməsi və aqrar sektorda innovativ texnologiyalar təqdim edən "AZCHEMCO" şirkətinin pavilyonunu ziyarət edib.
"Report" xəbər verir ki, "AZCHEMCO" şirkətinin nümayəndələri "Azelab" və "Intertek" şirkətləri tərəfindən aparılan laboratoriya tədqiqatları əsasında torpağın şoranlığının 3,6-dan 0,3-ə azalması ilə müşahidə olunan irəliləyişləri təqdim ediblər. Bu, öz növbəsində, şoran torpağın kənd təsərrüfatında istifadə oluna biləcəyini təsdiqləyir.