Livanın paytaxtı Beyrutda su qızdırıcısı istehsal edən müəssisədə baş verən partlayış nəticəsində azı 4 nəfər həlak olub.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə polis idarəsinin sözçüsü bildirib.
"Partlayış Əl-Şami fabrikindəki binanın içərisində baş verib, ölənlər arasında müəssisənin sahibi də var", - sözçü deyib.
Bundan əvvəl Beyrutun Şatila qaçqın düşərgəsində minalanmış avtomobilin partladılması barədə xəbər yayılıb.