Livanın paytaxtı Beyrutda partlayış nəticəsində ölənlərin sayı 154-ə yüksəlib, xəstəxanalarda isə ağır vəziyyətdə 120 vətəndaş var.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə avqustun 7-də Livanın səhiyyə naziri Hamed Həsən məlumat verib.
Onun sözlərinə görə, ağır vəziyyətdə olanların sayı çox olduğundan ölənlərin sayı arta bilər.
Nazir bildirib ki, yaralıların ümumi sayı 5 minə yaxındır.
Bir müddət əvvəl 137 nəfərin öldüyü barədə məlumat yayılmışdı.
Qeyd edək ki, avqustun 4-də Beyrutda Livan Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında partlayış olub. Ölkə paytaxtında fövqəladə vəziyyət elan edilib.