Avropa İttifaqının Ukraynaya hərbi təcavüzünə görə Rusiyaya tətbiq etdiyi sanksiyalara baxmayaraq, 2022-ci ildə Moskva yenə də Almaniyanın ən böyük kömür tədarükçüsü qalıb.
“Report” xəbər verir ki, bu barədə Almaniya Kömür İdxalçıları Birliyinin məlumatlarına istinadən
Ötən il Almaniya Rusiyadan 13 milyon ton kömür idxal edib ki, bu da 2021-ci illə müqayisədə 37 % azdır.
Birliyin verilənlərinə görə, ümumilikdə Almaniya 2022-ci ildə 44,4 milyon ton kömür alıb ki, bu da 2021-ci illə müqayisədə 8 % çoxdur. Ən böyük tədarükçü Rusiya olub. Ondan sonra ABŞ gəlir - Almaniya bu ölkədən 9,4 milyon ton idxal edib ki, bu da 2021-ci illə müqayisədə 32 % çoxdur. Üçüncü yerdə Avstraliya (6,3 milyon ton) qərarlaşıb. Cənubi Afrikadan (2021-ci illə müqayisədə 278 % artaraq 3,9 milyon tona) və Kolumbiyadan (210 % artaraq 7,2 milyon tona) tədarüklər xüsusilə güclü artıb.