Biometrik pasportu olmayan rusiyalılar Çexiyaya buraxılmayacaq

Biometrik pasportu olmayan rusiyalılar Çexiyaya buraxılmayacaq Çexiya hökuməti Rusiya vətəndaşlarına ölkəyə biometrik pasportsuz daxil olmanı qadağan edib.
Digər ölkələr
4 İyul , 2024 20:42
Biometrik pasportu olmayan rusiyalılar Çexiyaya buraxılmayacaq

Çexiya hökuməti Rusiya vətəndaşlarına ölkəyə biometrik pasportsuz daxil olmanı qadağan edib.

“Report” xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, köhnə tipli hesab olunan xarici pasportlarla ölkə ərazisində olmaq qadağan edilir, çünki onu saxtalaşdırmaq asandır.

“Təhlükəsizlik hökumətimiz üçün prioritetdir. Biz növbəti təxribatı gözləməyəcəyik. Ölkəmizdə qalmaq istəyən hər kəs ona etibar edilə biləcəyini göstərməlidir”, - məlumatda vurğulanıb.

Son xəbərlər

Orphus sistemi