ABŞ-da bank işçilərini girov götürən şəxs saxlanılıb - YENİLƏNİB-2

ABŞ-da bank işçilərini girov götürən şəxs saxlanılıb - YENİLƏNİB-2 ABŞ-ın Minnesota ştatında “Wells Fargo” bankının filialının əməkdaşlarını girov götürən şəxs saxlanılıb
Digər ölkələr
7 May , 2021 08:51
ABŞ-da bank işçilərini girov götürən şəxs saxlanılıb - YENİLƏNİB-2

ABŞ-ın Minnesota ştatında “Wells Fargo” bankının filialının əməkdaşlarını girov götürən şəxs saxlanılıb.

“Report” xəbər verir ki, bu barədə yerli WCCO radiostansiyası məlumat yayıb.

Qeyd edilir ki, hüquq-mühafizə orqanları əməkdaşlarının cinayətkarla qarşıdurması 8 saatdan çox davam edib.

Federal Təhqiqat Bürosunun əməkdaşları cinayətkarı daha 5 girovu azad edərkən yaxalamağa müvəffəq ola biliblər.

Bankın yerləşdiyi Sent-Klaud şəhər polisinin məlumatına görə, girovların hamısı təhlükəsiz şəraitdədir. Hadisə zamanı onlardan heç biri xəsarət almayıb.

07:51

ABŞ-ın Minnesota ştatında bank filialının işçilərini girov götürmüş şəxs bir neçə nəfəri sərbəst buraxıb.

“Report” xəbər verir ki, bu barədə yerli hakimiyyətə istinadən Associated Press” agentliyi bildirib.

Məlumata görə, Sent-Klaud şəhərində “Wells Fargo” bankının binasını dörd əməkdaş tərk edə bilib. Onlardan üçü qadın, biri kişidir. Həmin şəxslərin hamısı müəssisənin əməkdaşlarıdır. Bu halda əvvəlki kimi binada qalan girovların dəqiq sayı asayiş keşikçilərinə məlum deyil.

Agentlik qeyd edib ki, bank bölməsindəki əməkdaşları bir nəfər girov saxlayıb. Xəsarət alanlar və ya həlak olanlar barədə məlumat yoxdur.

Daha əvvəl yerli polisə istinadən “Fox News” telekanalı bildirib ki, asayiş keşikçiləri cinayətkarla danışıqlar aparırlar. Güman edilir ki, bankın əməkdaşları soyğunçuluq cəhdi vaxtı girov götürülüb. Polis nümayəndəsinin sözlərinə görə, hadisənin araşdırılmasında Federal Təhqiqat Bürosunun mütəxəssisləri də iştirak edirlər.

04:45

ABŞ-ın Minnesota ştatında polis bank işçilərini girov götürən cinayətkarlarla danışıqlar aparır.

“Report” xəbər verir ki, bu barədə asayiş keşikçilərinə istinadən “Fox News” telekanalı cümə axşamı bildirib.

Məlumata görə, bir və ya bir neçə naməlum şəxs Sent-Klaud şəhərində “Wells Fargo” bankının filialında insanları girov saxlayırlar. Güman edilir ki, bankın əməkdaşları soyğunçuluğa cəhd zamanı girov götürülüblər. Zərərçəkənlər və ya həlak olanlar haqqında məlumatlar yoxdur.

"Biz danışıqlar aparırıq, - yerli polis idarəsinin nümayəndəsi telekanala bildirib: “İçəridə naməlum sayda bank əməkdaşları var".

Polisin nümayəndəsinin sözlərinə görə, hadisənin araşdırılmasında Federal Təhqiqat Bürosunun mütəxəssisləri də iştirak edirlər.

Son xəbərlər

Orphus sistemi