“Bloomberg”: Aİ Ukraynanı hərbi sursatla təmin etmək planını təklif edəcək

“Bloomberg”: Aİ Ukraynanı hərbi sursatla təmin etmək planını təklif edəcək Avropa İttifaqı bəzi Aİ üzv ölkələrinin tədarükləri artırmaq çağırışlarına cavab olaraq Ukraynanı lazımi hərbi sursatla təmin etmək üzrə üç bənddən ibarət plan təklif etmək niyyətindədir.
Digər ölkələr
2 Mart , 2023 05:38
“Bloomberg”: Aİ Ukraynanı hərbi sursatla təmin etmək planını təklif edəcək

Avropa İttifaqı bəzi Aİ üzv ölkələrinin tədarükləri artırmaq çağırışlarına cavab olaraq Ukraynanı lazımi hərbi sursatla təmin etmək üzrə üç bənddən ibarət plan təklif etmək niyyətindədir.

“Report” “Bloomberg”ə istinadən xəbər verir ki, bununla belə, maliyyələşdirmənin həcmi hələ aydın deyil.

Nəşrin jurnalistlərinin tanış olduğu sənədə görə, təklif sursatların, xüsusən də mövcud ehtiyatlardan və ya icrası gözlənilən sifarişlərdən 155 mm-lik artilleriya mərmilərinin dərhal göndərilməsini, həmçinin birgə satınalma sistemindən istifadəni nəzərdə tutur.

Təklif həmçinin cari və gələcək silah tələbatını ödəmək üçün Aİ-nin hərbi potensialının artırılmasını da əhatə edir.

“Hər üç element bizim Ukraynaya davamlı dəstəyimiz üçün çox vacibdir. Hər üç istiqamət paralel və təcili surətdə gerçəkləşdirilməlidir”, - sənəddə vurğulanıb.

“Bloomberg” qeyd edib ki, gələn həftə plan Aİ-nin müdafiə nazirləri tərəfindən müzakirə ediləcək, martda isə sənəd Aİ liderləri tərəfindən təsdiqlənə bilər.

Son xəbərlər

Orphus sistemi