BMT baş katibi Antoniu Quterreş Myanmada hakimiyyət çevrilişi zamanı saxlanılan hər kəsi azad etməyə çağırıb.
“Report” xəbər verir ki, BMT rəhbəri bu barədə
"Ümid edirəm ki, Myanmada demokratiya tərəqqiyə nail ola biləcək, amma bunlar üçün bütün məhbuslar azad edilməli, konstitusiya quruluşu bərpa olunmalıdır”, - Antoniu Quterreş deyib. BMT rəhbəri hərbçilərin onların rəhbərliyi altında olan ölkənin perspektivsizliyini anlayacaqlarına ümidini ifadə edib.
Dünyanın ən böyük təşkilatının baş katibi BMT-nin bu çevrilişin uğursuz olmasını təmin etmək üçün Myanmaya kifayət qədər təzyiq göstərmək üçün lazım olan hər şeyi edəcəyini də əlavə edib.