BMT beynəlxalq ictimaiyyəti Myanma ordusuna təzyiq etməyə çağırıb

BMT beynəlxalq ictimaiyyəti Myanma ordusuna təzyiq etməyə çağırıb Beynəlxalq ictimaiyyət Myanma ordusuna təzyiqləri gücləndirməlidir.
Digər ölkələr
30 Yanvar , 2022 06:13
BMT beynəlxalq ictimaiyyəti Myanma ordusuna təzyiq etməyə çağırıb

Beynəlxalq ictimaiyyət Myanma ordusuna təzyiqləri gücləndirməlidir.

"Report" xarici mətbuta istinadən xəbər verir ki, bu barədə BMT-nin İnsan Haqları üzrə Ali komissarı Mişel Baçelet çağırış edib.

Çağırışda deyilir ki, bu ölkədə mülki insanlara qarşı zorakılıq dayandırılmalı və bir il əvvəl çevriliş nəticəsində devrilmiş mülki hakimiyyət bərpa edilməlidir.

Myanmada ötən fevral ayında baş vermiş hərbi çevrilişdən sonra ölkədə 1 500 nəfər həlak olub. Təxminən 12 min insan mitinq və nümayişlərdə iştiraka görə saxlanılıb. 8 792 nəfər hələ də dəmir barmaqlıqlar arxasındadır.

Hərbi hakimiyyətə müqavimət göstərməyə cəhd edən rayonların sakinləri kollektiv cəzaya məruz qalırlar - bütün kəndlər, o cümlədən dini obyektlər və xəstəxanalar yandırılır, kütləvi həbslər və edamlar həyata keçirilir, işgəncələrdən istifadə olunur.

Bütün bunlar iqtisadi vəziyyətin kəskin pisləşməsi fonunda baş verir - təhsil və nəqliyyat sistemi tənəzzüldədir, banklar işləmir. 54 milyon əhalisi olan ölkənin yarısının bu il yoxsulluq həddindən aşağı düşəcəyi təxmin edilir.

Baçelet hesab edir ki, beynəlxalq ictimaiyyət Myanmadakı zorakılığı pisləsə də, böhrana reaksiyasında onun miqyası qədər aqressiv olmayıb.

Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının və ASEAN regional blokunun atdığı addımlar kifayət qədər effektli olmayıb və istənilən nəticələrin əldə olunmasına imkan verməyib.

Son xəbərlər

Orphus sistemi