BMT İnsan Haqları Şurasında Rusiyanın Ukraynaya hücumunu araşdırmaq üçün xüsusi komissiya yaradılıb.
“Report” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski tviter səhifəsində yazıb.
“Mən Beynəlxalq Təhqiqat Komissiyasının yaradılmasını alqışlayıram. Sübutlar sənədləşdiriləcək və beynəlxalq məhkəmələrdə istifadə olunacaq. Rusiya hərbi cinayətkarları məsuliyyətə cəlb olunacaqlar”, - deyə o qeyd edib.