BMT: "Əfqanların daha çox üz tutduğu ölkələr Pakistan və İrandır"

BMT: "Əfqanların daha çox üz tutduğu ölkələr Pakistan və İrandır" "Həftədə 24-30 min əfqan ölkəni tərk edir".
Digər ölkələr
18 Avqust , 2021 22:46
BMT: Əfqanların daha çox üz tutduğu ölkələr Pakistan və İrandır

"Həftədə 24-30 min əfqan ölkəni tərk edir".

"Report"un yerli bürosu xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Əfqanıstandakı nümayəndəsi Karolina Van Buren jurnalistlərə açıqlamasında deyib.

Van Buren deyib ki, əfqanların daha çox üz tutduğu ölkələr Pakistan və İrandır: "Hazırda Pakistana iki milyondan çox, İrana isə bir milyondan çox əfqan mühacir sığınıb. Bu ilin əvvəlindən təxminən 400 min insan Əfqanıstandakı evlərini tərk etmək məcburiyyətində qalıb. Apardığımız müşahidələr nəticəsində deyə bilərik ki, heç kim geri dönmür. Bir neçə gün əvvələ qədər hava yolu ilə ölkəni tərk edənlər səyahət sənədləri, vizaları, başqa ölkələrdə yaşamaq icazəsi olan insanlardır. Ancaq indi insanların şəxsi təhlükəsizliyi üçün səyahət sənədləri olmadan qaçdığının, öz imkanları hesabına ölkəni tərk etdiyinin şahidi oluruq”.

Vüsalə Abbasova

Son xəbərlər

Orphus sistemi