“Report” xəbər verir ki, bu barədə BMT Baş katibi Antonio Qutterreş Holokost faciəsinin növbəti ildönümü ilə bağlı “X”də yazıb.
“Bu gün biz Holokost qurbanlarının xatirəsini ehtiramla yad edirik. Biz bu hadisəni unutmayacaq və başqalarının da bu həqiqəti unutmasına icazə verməyəcəyik”, - o bildirib.
Qeyd edək ki, Holokost İkinci Dünya müharibəsi dövründə Avropa yəhudilərinə qarşı yönəlmiş soyqırımıdır. 1941-ci ildən 1945-ci ilədək nasist Almaniyası işğal olunan ərazilərdə sistematik olaraq 6 milyona yaxın yəhudini qətlə yetirib.
BMT Baş Assambleyasının 2005-ci il 1 noyabr tarixli qətnaməsinə əsasən, hər il yanvarın 27-si Holokost Qurbanlarının Anım Günü kimi qeyd olunur.
Today, we honor the memory of the victims of the Holocaust.
We pledge never to forget – nor let others forget the truth of what happened.