BMT: "İraq və Suriyada İŞİD terror qruplaşmasının 7 minədək silahlısı var"

BMT: "İraq və Suriyada İŞİD terror qruplaşmasının 7 minədək silahlısı var" İraq və Suriya ərazisində İŞİD terrorçu qruplaşmasının 5-7 minədək silahlısı var.
Digər ölkələr
15 Avqust , 2023 15:22
BMT: İraq və Suriyada İŞİD terror qruplaşmasının 7 minədək silahlısı var

İraq və Suriya ərazisində İŞİD terror qruplaşmasının 5-7 minədək silahlısı var.

“Report” “Associated press”ə istinadan xəbər verir ki, bu barədə BMT Təhlükəsizlik Şurasının hesabatında bildirilib.

Məlumata görə, İŞİD yeni döyüşçülərin cəlb edilməsi və yenidən qruplaşmaya diqqət yetirdiyi üçün hücumlarının intensivliyini bilərəkdən azaldıb.

BMT ekspertlərinin qənaətincə, bu terrorçu qruplaşma mövqelərini yenidən ciddi şəkildə gücləndirə bilər.

Hesabata əsasən, Suriyanın şimal-şərqindəki İŞİD döyüşçülər PKK/YPG rəhbərlik etdiyi Suriya Demokratik Qüvvələrinin (SDQ) obyektlərində saxlanılır.

Həmin ərazidəki “Roş” və “Əl-Hol” qaçqın düşərgələrində də İŞİD-lə əlaqəsi və ya qrup üzvləri ilə qohumluğu olan 55 minə yaxın insan var. Onlar 60-dan çox ölkənin vətəndaşlarıdır.

Məlumata görə, terrorçu qruplaşma Suriyanın şimal-şərqindəki düşərgələrlə yanaşı, qonşu ölkələrdə, imkansız icmalarda da yeni döyüşçülər tapmağa çalışır.

Bildirilib ki, İŞİD-in Əfqanıstanda döyüşçülər və ailələri ilə birlikdə 4-6 min tərəfdarı var.

Son xəbərlər

Orphus sistemi