BMT Liviyada hər ay 100 minə qədər insana ərzaq yardımı etmək niyyətindədir

BMT Liviyada hər ay 100 minə qədər insana ərzaq yardımı etmək niyyətindədir BMT-nin Ümumdünya Ərzaq Proqramı (ÜƏP) Liviyanın daşqından zərər çəkmiş bölgələrində hər ay 100 min insana ərzaq yardımı etməyi planlaşdırır.
Digər ölkələr
15 Sentyabr , 2023 05:18
BMT Liviyada hər ay 100 minə qədər insana ərzaq yardımı etmək niyyətindədir

BMT-nin Ümumdünya Ərzaq Proqramı (ÜƏP) Liviyanın daşqından zərər çəkmiş bölgələrində hər ay 100 min insana ərzaq yardımı etməyi planlaşdırır.

“Report”un məlumatına görə, bu barədə qurumun sosial şəbəkədəki yazısında deyilir.

“ÜƏP çevik reaksiya qrupları vasitəsilə yerli hakimiyyət orqanları və tərəfdaşlarla sıx əməkdaşlıq edir. Planlaşdırılan ÜƏP fövqəladə əməliyyatı üç ay ərzində daşqından zərər çəkmiş ərazilərdə 100 000 nəfərə aylıq ərzaq yardımı göstərməyə yönəldiləcək”, - paylaşımda diqqətə çatdırılıb.

Xatırladaq ki, sentyabrın 10-da “Daniel” siklonu Liviyanın şimal-şərqini vurub və Aralıq dənizi sahillərindəki şəhərlərə fırtına və ildırımlı leysan gətirib. Bir çox yaşayış evləri, xəstəxanalar və digər mühüm mülki obyektlər su altında qalıb. İki bəndin dağıldığı və fəlakətli vəziyyətin yarandığı Derna şəhəri daha çox zərər çəkib. Ölkə rəhbərliyi 3 günlük milli matəm elan edib. Təbii fəlakət sonucunda ölənlərin sayı 11 300-ə çatıb.

Fəlakətlə əlaqədar Türkiyə Liviyaya yardım göndərdiyini açıqlayıb. Azərbaycan Xarici İşlər Nazirliyi Liviyaya başsağlığı verib.

Son xəbərlər

Orphus sistemi