BMT: "Müharibə nəticəsində 1,2 milyondan çox sakin Ukraynanı tərk edib"

BMT: "Müharibə nəticəsində 1,2 milyondan çox sakin Ukraynanı tərk edib" Rusiyanın apardığı müharibə nəticəsində 1 milyon 209 mindən artıq qaçqın Ukraynanı tərk edib.
Digər ölkələr
5 Mart , 2022 15:34
BMT: Müharibə nəticəsində 1,2 milyondan çox sakin Ukraynanı tərk edib

Rusiyanın apardığı müharibə nəticəsində 1 milyon 209 mindən çox sakin Ukraynanı tərk edib.

“Report” xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) məlumat yayıb.

Məlumatda qeyd edilib ki, Polşaya 649 min, Macarıstana 144 min, Moldovaya 103 min, Slovakiyaya 90 min, Rumıniyaya 57 min, Rusiyaya 53 min, Belarusa 384 və digər Avropa ölkələrinə isə 110 mindən çox sakin sərhədi keçib.

Xatırladaq ki, Rusiya və Ukrayna arasında baş verən müharibə fevralın 24-dən başlayıb.

Rəvan Əziz

Son xəbərlər

Orphus sistemi