BMT Baş katibi Antonio Quterreş Ukraynadakı durumla bağlı beynəlxalq ictimaiyyətə müraciət edib.
“Report” xəbər verir ki, o, bu barədə tviterdə yazıb.
Baş katib bildirib ki, Ukraynadakı dağıntıların miqyası beynəlxalq ictimaiyyətdən güclü dəstək tələb edir.
“Böhranın milyonlarla ukraynalı üçün yoxsulluğa, aclığa və yoxsulluğa çevrilməsinin qarşısı alıınmalıdır. Bunun üçün bərpa və yenidənqurmaya sərmayə qoymalıyıq”, - Antonio Quterreş vurğulayıb.