“Qızların təhsil almamalarına heç nə bəraət qazandıra bilməz”.
“Report” xəbər verir ki, bunu BMT Baş katibi Antonio Quterreş tviterdə yazıb.
O bildirib ki, bütün uşaqlar təhsil almaq haqqına malikdirlər: “Hər kəs üçün inklüziv, davamlı, keyfiyyətli təhsil sistemləri yaratmaq naminə indi cəsarətli addımlar atmalıyıq”.
A.Quterreş dünyada 118 500 qızın təhsildən kənar qaldığını xatırladıb.