BMT-nin Baş katibi: "Kipr məsələsi üzrə görüşlər davam edəcək"

BMT-nin Baş katibi: "Kipr məsələsi üzrə görüşlər davam edəcək" "Bu danışıqları irəli aparmaq və müsbət nəticə əldə etmək üçün əlimizdən gələni edəcəyik"
Digər ölkələr
29 Aprel , 2021 14:37
BMT-nin Baş katibi: Kipr məsələsi üzrə görüşlər davam edəcək
Antonio Quterreş

"Kipr məsələsi ilə bağlı rəsmi müzakirələr üçün yenidən görüşəcəyik".

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş Kipr məsələsi ilə bağlı Cenevrədə keçirilən “5+1” qeyri-rəsmi görüşün nəticəsini şərh edərkən deyib.

Onun sözlərinə görə, müzakirələrdə ortaq mövqe tapılmadığı üçün rəsmi görüş mümkün deyil: “Rəsmi müzakirələr üçün yenidən görüşəcəyik. Bu danışıqları irəli aparmaq və müsbət nəticə əldə etmək üçün əlimizdən gələni edəcəyik. Mövqeyimiz qətidir”.

Qeyd edək ki, aprelin 27-də İsveçrənin Cenevrə şəhərində Böyük Britaniya, Türkiyə, Yunanıstan, Şimali Kipr Türk Respublikası, Kiprin yunan hissəsi təmsilçilərinin iştirakı ilə qeyri-rəsmi iki günlük görüş keçirilib. Görüşdə əsas mövzu Kiprdəki iki respublikanın gələcəyi, statusları olub.

Son xəbərlər

Orphus sistemi