“Qızlara, onların təhsilinə və hüquqlarına sərmayə qoymaq ümumi gələcəyimizə sərmayə qoymaqdır”.
“Report” xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş tviterdə yazıb.
O bildirib ki, qızların inkişafı bütün cəmiyyətin inkişafıdır.
“Gəlin, qızların sağlam, təhsilli və təhlükəsiz olması üçün səylərimizi ikiqat artıraq”, - Baş katib vurğulayıb.
Qeyd edək ki, 2012-ci ildən etibarən hər il oktyabrın 11-i dünyada Beynəlxalq Qızlar Günü kimi qeyd edilir. Bu günün keçirilməsində əsas məqsəd qızların hüquqlarının müdafiəsinə, oğlan və qızlar arasında gender bərabərliyinin təmin olunmasına, müxtəlif növ ayrıseçkilikdən və baxımsızlıqdan əziyyət çəkən qızlara diqqət yönəltməkdir.