“Terrorizm bütün dünyada güclənir”.
“Report” xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş tviterdə yazıb.
O bildirib ki, bunun üçün siyasi, iqtisadi və təhlükəsizlik sistemlərindəki zəifliklərdən istifadə olunur və qeyri-sabitliklər axtarılır.
“Biz bunun qarşısının alınması və insan hüquqlarının, qanun aliliyinin qorunmasına çalışmalıyıq”, - Baş katib vurğulayıb.